ELÇIN KƏRIMOV KÜÇƏSI

Prospekt və küçələr barədə məlumat səhifəsi
"RƏQƏMSAL KÜÇƏ" 

Küçənin adı

-       Elçin Kərimov küçəsi

 

Ümumi məlumat

-       Şəhər: Qəbələ

-       Status: Şəhərdaxili küçə

-       Uzunluq: 1.2 km  

-       İstiqamət: Şimal-Cənub

 

Küçə adının mənşəyi

Elçin Cəfər oğlu Kərimov 1971-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. O, Qəbələ şəhər 1 saylı tam orta ümumtəhsil məktəbində təhsil almışdır. Elçin Kərimov 1992-ci ilin may ayında atıcılardan ibarət Qəbələ rotasının tərkibində Ağdam ətrafında gedən döyüşlərdə iştirak etmişdir. Sərrast atıcı kimi tanınan Elçin Kərimov 12 iyun 1992-ci ildə gedən döyüşlərdə igidlik göstərmiş və qəhrəmancasına həlak olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə Qəbələ rayonunun ilk şəhidi kimi tarixə düşmüş, Elçin Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhərin bu küçəsi onun adı ilə adlandırılmışdır.

 

Şəhərsalma və funksional xüsusiyyətlər

Elçin Kərimov küçəsi Qəbələ şəhərinin əsas abadlaşdırılmış küçələrindən biri olmaqla, şəhərin mühüm ictimai və iqtisadi funksiyalarını özündə birləşdirir. Küçə boyunca müxtəlif idarə və təşkilatlar, sənaye müəssisələri, turizm obyektləri, yaşayış evləri və idman klubları yerləşir. Bu isə küçənin həm nəqliyyat, həm də sosial baxımdan aktiv və funksional şəhər məkanı kimi formalaşmasına şərait yaradır. Küçə geniş planlaşdırılmış, müasir abadlıq və infrastruktur elementləri ilə təmin olunmuşdur və şəhərin ümumi memarlıq-estetik görünüşünün formalaşmasında mühüm rol oynayır.

 

“Rəqəmsal Küçə” layihəsi haqqında

“Rəqəmsal Küçə” layihəsi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Sərəncamının icrası ilə əlaqədar olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmışdır.

Layihənin məqsədi şəhər küçələri və prospektləri haqqında məlumatların rəqəmsal formada ictimaiyyətə təqdim edilməsi, şəhər mühitinin daha müasir və əlçatan informasiya sistemi ilə təmin olunmasıdır.

2026 – Şəhərsalma və Memarlıq İli

Müəllif Tahir Əlimirzəyev

ELÇIN KƏRIMOV KÜÇƏSI