HEYDƏR ƏLİYEV PROSPEKTİ

Prospekt və küçələr barədə məlumat səhifəsi

"RƏQƏMSAL KÜÇƏ"

Prospektin adı

  • Heydər Əliyev prospekti

Ümumi məlumat

  • Şəhər: Qəbələ

  • Status: Mərkəzi şəhər prospekti

  • Uzunluq: 12.2 km

  • İstiqamət: Şimal-Cənub

Küçə adının mənşəyi

  • Heydər Əliyev (1923-2003)

Prospekt Ümummilli Lider Heydər Əliyevin xatirəsinə adlandırılmışdır. Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı, dövlətçiliyinin banisi və Azərbaycan Respublikasının Prezidenti (1993-2003) olmuşdur. Onun rəhbərliyi dövründə ölkənin sosial-iqdisadi, mədəni və memarlıq inkişafında mühüm işlər həyata keçirilmişdir.

 

Şəhərsalma və funksional xüsusiyyətlər

Heydər Əliyev prospekti Qəbələ şəhərinin əsas və mərkəzi yollarından biridir. Prospekt şəhərin cənubundan şimalına doğru istiqamətdə yerləşir. Prospektə əksər küçələrin çıxışı olduğu üçün şəhərdaxili çox əhəmiyyətli nəqliyyat infrastrukturu hesab edilir. Prospekt boyunca park, inzibati, ictimai-xidmət obyektləri, çoxmərtəbəli yaşayış binaları və fərdi yaşayış evləri yerləşir. Prospekt abadlaşdırılmış geniş yol, yaşıllıqlar və piyada zolaqları ilə seçilir.

 

“Rəqəmsal Küçə” layihəsi haqqında

“Rəqəmsal Küçə” layihəsi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmışdır. Layihənin məqsədi şəhər küçələri və prospektləri haqqında məlumatların rəqəmsal formada ictimaiyyətə təqdim edilməsidir.

Qəbələ Rayon İcra Hakimiyyəti

© 2026 – Şəhərsalma və Memarlıq İli

HEYDƏR ƏLİYEV PROSPEKTİ

Qəbələ Rayon İcra Hakimiyyəti

© 2026 – Şəhərsalma və Memarlıq İli

Layihənin müəllifi: Tahir Əlimirzəyev