HƏZİ ASLANOV KÜÇƏSİ

Prospekt və küçələr barədə məlumat səhifəsi

"RƏQƏMSAL KÜÇƏ"

Küçənin adı

·         Həzi Aslanov küçəsi

Ümumi məlumat

·         Şəhər: Qəbələ

·         Status: Şəhərdaxili küçə

·         Uzunluq: 1 km

·         İstiqamət: Şərq–Qərb

 

Küçə adının mənşəyi

  • Həzi Aslanov (1910–1945)

İkinci Dünya müharibəsi dövründə göstərdiyi qəhrəmanlıqlara görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan xalqının görkəmli sərkərdələrindən biridir.
Həzi Aslanov küçəsi adını bu görkəmli hərbçi və qəhrəmanın xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Küçəyə bu adın verilməsi vətənpərvərlik ruhunun, tarixi yaddaşın və milli qürurun qorunmasına xidmət edir.

 

Şəhərsalma və funksional xüsusiyyətlər

Həzi Aslanov küçəsi Qəbələ şəhərinin formalaşmış yaşayış zonalarından keçən, əsasən yaşayış və yerli xidmət funksiyalarını yerinə yetirən küçələrdən biridir. Küçə piyada və nəqliyyat hərəkəti üçün əlverişli olmaqla yanaşı, ətraf məhəllələrin sosial və məişət ehtiyaclarının təminində mühüm rol oynayır. Küçə boyunca Ümummilli Lider Heydər Əliyev və Akademik Zərifə Əliyeva adına parklar, fərdi yaşayış evləri, kiçik ticarət və xidmət obyektləri, yaşıllıq zolaqları və piyada səkiləri yerləşir.

 

“Rəqəmsal Küçə” layihəsi haqqında

“Rəqəmsal Küçə” layihəsi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Sərəncamının icrası ilə əlaqədar olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmışdır.
Layihənin məqsədi şəhər küçələri və prospektləri haqqında məlumatların rəqəmsal formada ictimaiyyətə təqdim edilməsi, şəhər mühitinin tanıdılması və vətəndaşların məlumatlandırılmasının artırılmasıdır.

Qəbələ Rayon İcra Hakimiyyəti

© 2026 – Şəhərsalma və Memarlıq İli

HƏZİ ASLANOV KÜÇƏSİ

Qəbələ Rayon İcra Hakimiyyəti

© 2026 – Şəhərsalma və Memarlıq İli

Layihənin müəllifi: Tahir Əlimirzəyev