Prospekt və küçələr barədə məlumat səhifəsi
"RƏQƏMSAL KÜÇƏ"
· Nizami Gəncəvi küçəsi
· Şəhər: Qəbələ
· Status: Şəhərdaxili əsas küçə
· Uzunluq: 0.7 km
· İstiqamət: Şimal–Cənub
Nizami Gəncəvi (tam adı İlyas Yusif oğlu Nizami, təqribən 1141–1209)

Nizami Gəncəvi küçəsiinin adı Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə adlandırılmışdır. Nizami Gəncəvi Şərq poeziyasının inkişafında mühüm rol oynamış, Azərbaycan mədəni irsinin dünyada tanınmasına əvəzsiz töhfələr vermişdir. Küçəyə bu adın verilməsi milli-mənəvi dəyərlərin qorunması və təbliği məqsədi daşıyır.
Nizami Gəncəvi küçəsi Qəbələ şəhərinin formalaşmış yaşayış məhəllələrindən keçən, nəqliyyat və piyada hərəkəti baxımından əhəmiyyətli küçələrdən biridir. Küçə şəhərin yol-nəqliyyat şəbəkəsində əlaqələndirici rol oynayır, gündəlik yaşayış və xidmət funksiyalarını təmin edir. Küçə boyunca, Ümummilli Lider Heydər Əliyev adına istirahət parkı, şcümə məsçidi, ictimai, xidmət, ticarət obyektləri yerləşir. Abadlaşdırılmış geniş yol, yaşıllıqlar və piyada səkiləri (zolaqları) ilə seçilir.
“Rəqəmsal Küçə” layihəsi haqqında
“Rəqəmsal Küçə” layihəsi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Sərəncamının icrası ilə əlaqədar olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmışdır. Layihənin məqsədi şəhər küçələri və prospektləri haqqında məlumatların rəqəmsal formada ictimaiyyətə təqdim edilməsi, şəhər mühitinin tanıdılması və vətəndaşların məlumatlandırılmasının artırılmasıdır.
Layihənin müəllifi: Tahir Əlimirzəyev