POLAD HƏŞİMOV KÜÇƏSİ

Prospekt və küçələr barədə məlumat səhifəsi

"RƏQƏMSAL KÜÇƏ"

Küçənin adı

  • Polad Həşimov küçəsi

Ümumi məlumat

  • Şəhər: Qəbələ

  • Status: Şəhər küçəsi

  • Uzunluq: 1.15 km

  • İstiqamət: Şimal-Cənub

Küçə adının mənşəyi

  • Polad Həşimov (1975–2020)

Küçə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimovun xatirəsinə adlandırılmışdır. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən biri olmuş, Vətən müharibəsi ərəfəsində ölkənin ərazi bütövlüyünün qorunması uğrunda xidmətləri ilə tanınmışdır.

O, 2020-ci ilin iyul ayının 14 də Tovuz istiqamətində baş vermiş döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş və Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Küçəyə onun adının verilməsi Azərbaycan Ordusunun qəhrəmanlıq ənənələrinin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

 

Şəhərsalma və funksional xüsusiyyətlər

Polad Həşimov küçəsi Qəbələ şəhərinin yaşayış məhəllələrindən keçən şəhər küçələrindən biridir. Küçə əsasən yaşayış və xidmət infrastrukturu ilə formalaşmışdır və şəhərin digər küçələri ilə əlaqəni təmin edir.

Küçə boyunca Şəhidlər xiyabanı, fərdi yaşayış evləri, məhəllədaxili xidmət obyektləri və yaşıllıq elementləri yerləşir. Küçə şəhərin daxili nəqliyyat əlaqələrində mühüm rol oynayaraq ətraf yaşayış sahələrinin mərkəzi küçələrlə bağlantısını təmin edir.

 

“Rəqəmsal Küçə” layihəsi haqqında

“Rəqəmsal Küçə” layihəsi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmışdır.

Layihənin məqsədi şəhər küçələri və prospektləri haqqında məlumatların rəqəmsal formatda ictimaiyyətə təqdim edilməsi, şəhər tarixi, toponimika və şəhərsalma xüsusiyyətləri barədə məlumatlılığın artırılmasıdır.

Qəbələ Rayon İcra Hakimiyyəti

© 2026 – Şəhərsalma və Memarlıq İli

POLAD HƏŞİMOV KÜÇƏSİ

Qəbələ Rayon İcra Hakimiyyəti

© 2026 – Şəhərsalma və Memarlıq İli

Layihənin müəllifi: Tahir Əlimirzəyev