ZƏRİFƏ ƏLİYEVA KÜÇƏSI

Prospekt və küçələr barədə məlumat səhifəsi

"RƏQƏMSAL KÜÇƏ"

Küçənin adı

      Zərifə Əliyeva küçəsi

Ümumi məlumat

  • Şəhər: Qəbələ

  • Status: Şəhər küçəsi

  • Uzunluq: 2.8 km

  • İstiqamət: Şimal-Cənub

Küçə adının mənşəyi

- Zərifə Əliyeva (1923–1985)

Küçə görkəmli alim, akademik, tibb elmləri doktoru, oftalmoloq Zərifə Əziz qızı Əliyevanın xatirəsinə adlandırılmışdır. Zərifə Əliyeva oftalmologiya sahəsində apardığı elmi tədqiqatlar və elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr vermişdir. O, Azərbaycan elminin tanınmış nümayəndələrindən biri olmuşdur.

Şəhərsalma və funksional xüsusiyyətlər

Zərifə Əliyeva küçəsii Qəbələ şəhərinin əsas və mərkəzi yollarından biridir. Küçə şəhərin cənubundan şimalına doğru istiqamətdə yerləşir. Küçəyə əksər küçələrin çıxışı olduğu üçün şəhərdaxili və digər yaşayış məntəqələrinə gedilməsi üçün çox əhəmiyyətli nəqliyyat infrastrukturu hesab edilir. Küçə boyunca inzibati, ictimai, xidmət obyektləri yerləşir. Küçə abadlaşdırılmış geniş yol, yaşıllıq zolaqları və piyada səkiləri ilə seçilir.

“Rəqəmsal Küçə” layihəsi haqqında

“Rəqəmsal Küçə” layihəsi Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Sərəncamının icrası ilə əlaqədar olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmışdır. Layihənin məqsədi şəhər küçələri və prospektləri haqqında məlumatların rəqəmsal formada ictimaiyyətə təqdim edilməsidir.

Qəbələ Rayon İcra Hakimiyyəti

© 2026 – Şəhərsalma və Memarlıq İli

ZƏRİFƏ ƏLİYEVA KÜÇƏSI

Qəbələ Rayon İcra Hakimiyyəti

© 2026 – Şəhərsalma və Memarlıq İli

Layihənin müəllifi: Tahir Əlimirzəyev